İçeriğe geçmek için "Enter"a basın

"Sumqayıt" "Zirə"ni darmadağın etdi

14-08-2020

[r32]
xeber –

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” klubu yoxlama oyunu keçirib.

“Report”un məlumatına görə, “gənclik şəhəri” təmsilçisi “Zirə” ilə üz-üzə gəlib.

“Kapital Bank Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Sumqayıt”ın heyətində qolları Rüfət Abdullazadə, Tellur Mütəllimov, Elvin Məmmədov və yeni transfer Əli Qurbani vurub.

Qeyd edək ki, “Sumqayıt” Avropa Liqasının I təsnifat mərhələsində Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaq. Avqustun 27-də “Kapital Bank Arena”da keçiriləcək görüş saat 20:00-da start götürəcək.


mənbə :
Report.az

"Sumqayit" "Zire"ni darmadagin etdi