İçeriğe geçmek için "Enter"a basın

"Arsenal" braziliyalı futbolçunun keçidini açıqladı

14-08-2020

[r32]
xeber –

İngiltərənin “Arsenal” klubu heyətinə yeni futbolçu cəlb edib. 

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisi “Çelsi”dən ayrılan braziliyalı yarımmüdafiəçi Villianla 3 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, 2013-cü ildən “Çelsi”də çıxış edən Villian daha əvvəl Rusiyada “Anji”, Ukraynada “Şaxtyor” və ölkəsində “Korintians” klublarının formasını geyinib. Ötən mövsüm 36 oyunda meydana çıxan 32 yaşlı oyunçu 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


mənbə :
Report.az

"Arsenal" braziliyali futbolcunun kecidini aciqladi