İçeriğe geçmek için "Enter"a basın

“PSJ” ciddi itki ilə üzləşə bilər

14-08-2020

[r32]
xeber –

Fransanın “PSJ” klubunun əsas qapıçısı Keylor Navas Çempionlar Liqasının yarımfinal mərhələsində meydana çıxmaya bilər.

“Report” xəbər verir ki, qapıçı “Atalanta” ilə dörddəbir final matçında zədələnib. Oyun Lissabonda (Portuqaliya – Red) “Da Luz” stadionunda baş tutub və Fransa komandasının 2: 1 hesablı qələbəsi ilə başa çatıb.

Navası 79-cu dəqiqədə Serxio Riko əvəz edib.

“PSJ” klubunun rəsmi saytındakı açıqlamada deyilir ki, müayinədən sonra qapıçının zədələndiyi öz təsdiqini tapıb.

Kliniki qiymətləndirmə şənbə günü aparılacaq və bundan sonra onu meydançaya çıxıb-çıxmayacağı məlum olacaq.


mənbə :
Report.az

“PSJ” ciddi itki ile uzlese biler