İçeriğe geçmek için "Enter"a basın

Belarusda çempionat oyunları təxirə salındı

13-08-2020

[r32]
xeber –

Belarus Futbol Federasiyasının İcraiyyə Komitəsi ölkə çempionatındakı iki matçı təxirə salıb. 

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, 21-ci turda keçirilməsi planlaşdırılan “Dinamo”(Minsk) – “Smoleviçi” oyunu və “Minsk”lə “Neman” arasındakı 9-cu turdan təxirə salınan qarşılaşma təyin olunan vaxtda gerçəkləşməyəcək. 

Qeyd edək ki, “Dinamo”(Minsk) – “Smoleviçi” matçı avqustun 14-də, digər görüş isə 3 gün sonra baş tutmalı idi. Belarus Futbol Federasiyası daha əvvəl ölkə kubokunun 1/16 final mərhələsindəki “Naftan” – “Qorodeya” və “Qomel – “Şaxtyor” görüşlərini də təxirə salıb. Bu matçlar avqustun 15-də baş tutmalı idi. 


mənbə :
Report.az

Belarusda cempionat oyunlari texire salindi