[r32]
xeber –
UEFA İcraiyyə Komitəsi 19 yaşadək gənclər arasında Avropa çempionatının pley-off oyunlarını 2021-ci ilə təxirə salıb.
“Report”un məlumatına görə, elit-raundun oyunları 2020-ci ilin oktyabrında, qrup mərhələsi isə 2020-ci ilin noyabrında Şimali İrlandiyada keçiriləcək.
Bunlardan əlavə, UEFA İcraiyyə Komitəsi 2020/2021 mövsümündə gənclər yarışı üçün seçmə oyunları 2021-ci ilin yazına qədər ertələyib. Qurum bu cür oyunların sayının azaldılması barədə qərar çıxarıb.
mənbə :
Report.az