İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanın daha idmançısı dopinqə görə cəza aldı

13-08-2020

[r32]
xeber –

Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb. 

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub. 

İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq. 

Qeyd edək ki, Ramin Əzizov (80 kq) 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının qalibi olub. AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb. 


mənbə :
Report.az

Azerbaycanin daha idmancisi dopinqe gore ceza aldi