[r32]
xeber –
Azərbaycan taekvondoçusu Ramin Əzizov 24 aylıq diskvalifikasiyaya məruz qalıb.
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, buna idmançının orqanizmindən istifadəsi qadağan edilmiş kannabinoidlər və Carboxy-THC maddəsi tapılması səbəb olub.
İdmançıdan alınmış nümunədə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu təsbit edilib. Fevralın 25-dən qüvvəyə minmiş cəza 25 fevral 2022-ci ildə başa çatacaq.
Qeyd edək ki, AMADA daha öncə cüdoçu Könül Əliyevanı dopinqə görə bir illik cəzalandırıb.
mənbə :
Report.az