İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça" ilə razılıq əldə etdi

13-08-2020

[r32]
xeber –

Türkiyənin “Fənərbağça” klubu İngiltərə təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçlə razılıq əldə edib.

“Report” “Turkiye gazetesi” nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper İstanbul təmsilçisində əsas heyət üzvü olacaq.

“Fənərbağça” transfer üçün İngiltərə Premyer Liqası ilə vidalaşan “Bornmut”la da ilkin razılığa gəlib.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında “Qarabağ”da çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya “Milan”ına keçib.


mənbə :
Report.az

"Qarabag"in sabiq qapicisi "Fenerbagca" ile raziliq elde etdi