İçeriğe geçmek için "Enter"a basın

Çempionlar Liqası: PSJ əzmkar qələbə ilə yarımfinala yüksəldi

13-08-2020

[r32]
xeber –

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.

İtaliya “Atalanta”sı Portuqaliyanın Lissabon şəhərindəki “Estadio da Luş” stadionunda Fransa çempionu PSJ ilə üz-üzə gəlib. Rəqibini 2:1 hesabı ilə məğlub edən Paris təmsilçisi yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Görüşdə hesabı “Atalanta”nın heyətində Mario Paşaliç açıb. İlk hissə bu hesabla başa çatıb. 90-cı dəqiqədə Markinyos tarazlığı bərpa edib. Oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə isə Erik Şupo-Motinq PSJ-nin 2-ci qolunu vuraraq komandasına əzmkar qələbə qazandırıb.

Qeyd edək ki, PSJ yarımfinalda “Leyptsiq” (Almaniya) – “Atletiko” (İspaniya) duelinin güclüsü ilə qarşılaşacaq. 


mənbə :
Report.az

Cempionlar Liqasi: PSJ ezmkar qelebe ile yarimfinala yukseldi