İçeriğe geçmek için "Enter"a basın

UEFA "Keşlə" və "Sumqayıt"ın oyunlarının başlama saatını açıqladı

11-08-2020

[r32]
xeber –

UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha 2 Azərbaycan təmsilçisinin oyunlarının başlama saatı müəyyənləşib.

“Report” qurumun rəsmi saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Şkendiya” (Makedoniya) görüşü saat 20:00-da start götürəcək.

“Keşlə” – “Laçi” (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq.

Qitənin ikinci dərəcəli klub turnirindəki digər Azərbaycan təmsilçisi “Neftçi”nin Makedoniya “Şkupi”si ilə oyununun başlama saatı daha əvvəl açıqlanıb. Matçın startı saat 20:00-da veriləcək.

Hər 3 matç avqustun 27-də oynanılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Sileks” (Makedoniya) oyunu isə avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.


mənbə :
Report.az

UEFA "Kesle" ve "Sumqayit"in oyunlarinin baslama saatini aciqladi