İçeriğe geçmek için "Enter"a basın

Millimizin futbolçusu toplanışa gec qoşulacaq

11-08-2020

[r32]
xeber –

Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın “Albasete” komandası sabah yenidən bir araya gələcək. 

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Sequnda təmsilçisi avqustun 12-də təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək. 

İsrafilovdan başqa bütün oyunçular tibbi müayinədən keçəcəklər. İcazəli olan 28 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinə daha sonra qoşulacaq. 

Qeyd edək ki, “Albasete” 2019/2020 mövsümündə İspaniya Sequndasının sonuncu – 42-ci turunda “Kadis”i 1:0 hesabı ilə məğlub edərək liqada qalmağı bacarıb. 


mənbə :
Report.az

Millimizin futbolcusu toplanisa gec qosulacaq