[r32]
xeber –
“Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq”.
“Report”un məlumatına görə, bu fikirləri “Keşlə”nin baş məşqçi əvəzi Zaur İsmayılov klubun rəsmi saytına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində Albaniya “Laçi”si ilə matçı dəyərləndirərkən deyib.
Mütəxəssis artıq rəqibi analiz etməyə başladıqlarını söyləyib. İsmayılov “Laçi”nin çox yaxşı futbolçulara malik kollektiv olduğunu söyləyib: “Bütün xəttlərdə güclü oyunçuları var”.
Qeyd edək ki, “Keşlə” – “Laçi” matçı avqustun 27-də “ASK Arena”da keçiriləcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.
mənbə :
Report.az