İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın potensial rəqiblərinin sayı 7-yə endi

10-08-2020

[r32]
xeber –

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib. 

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi Makedoniyanın “Sileks” komandasını keçəcəyi təqdirdə, 7 komandadan biri ilə üz-üzə gələcək. Bunlar Danimarkanın “Midtüllann” klubu, eləcə də “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq), “Konnas Ki” (Uels) – “Sarayevo” (Bosniya və Herseqovina) və “Dinamo” (Tbilisi, Gürcüstan) – “Tirana” (Albaniya) cütlərinin qaliblərindən biri olacaq. 

“Qarabağ” səpələnmişlər səbətində yer alacağından, daha aşağı reytinqlilərdən ibarət səpələnmişlər səbətindəki komandaya rəqib olacaq. 

Qeyd edək ki, avqustun 10-da keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
    


mənbə :
Report.az

"Qarabag"in potensial reqiblerinin sayi 7-ye endi