[r32]
  xeber –  
“Keşlə” klubu növbəti futbolçu transferini gerçəkləşdirib.
“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu Silvio Rodriges Perreyra Juniorla 1 illik müqavilə bağlanılıb.
Karyerası ərzində Braziliyanın “Batatais”, Ukraynanın “Çernomorets” və Slovakiyanın “Zlata Morevtse” komandalarında oynamış 26 yaşlı forvard son olaraq Albaniya “Vlajniya”sında çıxış edib.
         
mənbə : 
Report.az