[r32]
xeber –
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov özünün “Instagram”dakı səhifəsində son məşqindən şəkil paylaşıb.
“Report” xəbər verir ki, fotoda o və əmisi oğlu Abubakarın yorğunluqdan sonra dincəlmələri əks olunur.
“Hər şey plan üzrə gedir. 11 həftə qaldı. UFC 254-də görüşənədək”, – idmançı yazıb.
Qeyd edək ki, Həbib Nurməhəmmədov növbəti döyüşünü UFC 254 turnirində keçirəcək. O, amerikalı Castin Qetji ilə qarşılaşacaq.
mənbə :
Report.az