İçeriğe geçmek için "Enter"a basın

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

09-08-2020

[r32]
xeber –

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 

“Report”un məlumatına görə, Ağdam təmsilçisi Makedoniya vitse-çempionu “Sileks” ilə üz-üzə gələcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda püşkün nəticəsinə əsasən matçı evdə keçirəcək. 

Qeyd edək ki, qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarətdir. Birinci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək. 


mənbə :
Report.az

"Qarabag"in Cempionlar Liqasindaki reqibi mueyyenlesdi