[r32]
xeber –
“Səbail” yeni transferi Florian Kadriunun keçidini həll edib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb.
O, 2020/2021 mövsümünün sonunadək “dənizçilər”in formasını geyinəcək.
Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.
mənbə :
Report.az