İçeriğe geçmek için "Enter"a basın

İspaniya La Liqasının rəsmi səhifəsi millimizin yeni baş məşqçisini təbrik etdi

31-07-2020

[r32]
xeber –

İspaniya La Liqasının rəsmi “Facebook” səhifəsi Canni De Byazinin Azərbaycan millisinə baş məşqçi təyin olunmasına biganə qalmayıb.

“Report”un məlumatına görə, bu münasibətlə italiya mütəxəssisə təbrik ünvanlanıb.

AFFA-nı da unutmayan səhifə milli assosiasiyanı Azərbaycan dilində təbrik edib: “Keçmiş La Liqa baş məşqçisi Canni De Byazini Azərbaycan millisinin sükanı arxasına keçməsi münasibətilə təbrik edirik. Təbriklər, AFFA”.

64 yaşlı mütəxəssis İspaniyada “Levante” (2007/2008) və “Alaves” (2017/2018) klublarına başçılıq edib.

Qeyd edək ki, Canni De Byazi dünən AFFA ilə 1,5 illik müqavilə imzalayıb.


mənbə :
Report.az

İspaniya La Liqasinin resmi sehifesi millimizin yeni bas mesqcisini tebrik etdi