[r32]
xeber –
2021-ci il çoxgünlük “Tour de France” şosse veloyürüşünün tarixi dəyişdirilib.
“Report”un məlumatına görə, bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) qərar qəbul edib. Qərara əsasən, nüfuzlu turnir gələn il 2 – 25 iyulda yox, 26 iyun – 18 iyulda təşkil olunacaq.
Dəyişikliyə səbəb kimi yürüşün Tokio Yay Olimpiya Oyunlarında velosiped idmanı yarışları ilə üst-üstə düşməsi göstərilib.
Qeyd edək ki, daha əvvəl olimpiada koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilə təxirə salınıb.
mənbə :
Report.az