İçeriğe geçmek için "Enter"a basın

"Real Madrid"in futbolçusu koronavirusa yoluxdu

28-07-2020

[r32]
xeber –

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Mariano Diasdan götürülən koronavirus testininin nəticəsi müsbət çıxıb.

“Report” Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, virus aşkarlanan dominikanlı hücumçu dərhal karantinə alınıb.

27 yaşlı forvard bu səbəbdən komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” (İngiltərə) ilə cavab oyununun hazırlıqlarından kənarda qalacaq.

Qeyd edək ki, Madriddə keçirilən ilk qarşılaşmada ingilislər 2:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 7-də Mançesterdə olacaq.


mənbə :
Report.az

"Real Madrid"in futbolcusu koronavirusa yoluxdu