[r32]
xeber –
UEFA Avropa çempionatları tarixində penaltilərlə bağlı statistikanı açıqlayıb.
“Report”un məlumatına görə, indiyədək turnirin final mərhələsində ümumilikdə 70 dəfə 11 metrlik cərimə zərbəsi təyin olunub.
Bunlardan 52-si (74 faiz) qolla nəticələnib, 13-də (19 faiz) qapıçılar inamlı oynayıb, 5 zərbə (9 faiz) isə qeyri-dəqiq alınıb.
Avropa çempionatlarında penaltidən ən çox qol vuran futbolçular
Alan Şirer (İngiltərə, AVRO-1996, AVRO-2000) – 2
Boqdan Stanku (Rumıniya, AVRO-2016) – 2
Frank Arnesen (Danimarka, AVRO-1984) – 2
Qaiska Mendyeta (İspaniya, AVRO-2000) – 2
Zinəddin Zidan (Fransa, AVRO-2000, AVRO-2004) – 2
Qapısına ən çox penalti təyin olunan qapıçılar
Fabian Bartez (Fransa, AVRO-2000, AVRO-2004) – 5 (3-ü qol olub, 1-i dəf edilib, 1-i qeyri-dəqiq alınıb)
Harald Şumaxer (Almaniya, AVRO-1980, AVRO-1984) – 3 (2-si qol olub, 1-i dəf edilib)
Uqo Lyoris (Fransa, AVRO-2012, AVRO-2016) – 3 (hər 3-ü qol olub)
Manuel Noyer (Almaniya, AVRO-2012, AVRO-2016) – 3 (hər 3-ü qol olub)
Ən yaxşı göstərici
Françesko Toldo (İtaliya, AVRO-2000) 2/2 (1-i dəf edilib, 1-i qeyri-dəqiq alınıb)
Ən çox penalti təyin olunan oyun
İspaniya – İngiltərə – 1:2 (AVRO-1980) – 2 (1-i qol olub, 1-i dəf edilib)
Eyni Avropa çempionatında təyin olunan ardıcıl penaltilər
Danimarka – Yuqoslaviya, Danimarka – Belçika (AVRO-1984)
Danimarkalıların heyətində hər 2 penaltini Frank Arnesen dəqiq yerinə yetirib.
Rumıniya – Fransa, Rumıniya – İsveçrə (AVRO-2016)
Rumıniyalıların heyətində hər 2 penaltini Boqdan Stanku dəqiq yerinə yetirib.
Penaltidən qol vuran ən gənc futbolçu
Tomas Brolin (İsveç, AVRO-1992) – 22 yaş 205 gün
Penaltidən qol vuran ən yaşlı futbolçu
İvitsa Vastiç (Avstriya, AVRO-2008) – 38 yaş 257 gün
Avropa çempionatları tarixində təyin olunmuş 70 penaltidən 55-i sağ ayaqla yerinə yetirilib ki, bunların da 40-ı dəqiq olub. 11 zərbəni qapıçılar zərərsizləşdirib. 4-ü isə “çərçivə”yə düşməyib.
15 penalti zərbəsi zamanı isə topa solaxay oyunçular yaxınlaşıb. Onlardan 12-si qolla nəticələndiyi halda 2-də qolkiperlər inamlı oynayıblar. 1 penalti isə qeyri-dəqiq alınıb.
Ən tez təyin olunan penaltilər
AVRO-2016: İrlandiya – Fransa (1:2) – 2-ci dəqiqə
AVRO-2008: Xorvatiya – Avstriya (1:0) – 4-cü dəqiqə
AVRO-2016: İngiltərə – İslandiya (2:1) – 5-ci dəqiqə
Ən çox penalti qazanan milli komandalar
İspaniya – 10
Niderland – 7
İngiltərə – 4
Fransa – 4
Çexiya – 4
Almaniya – 4
Rumıniya – 4
İtaliya – 4
Qapısına ən çox penalti təyin olunan yığmalar
Almaniya – 11
Fransa – 10
İngiltərə – 6
İtaliya – 5
Qrup mərhələsi
Təyin olunan penalti sayı – 46
Qol – 35
Dəf edilən – 9
Qeyri-dəqiq – 2
1/8 final
Təyin olunan penalti sayı – 3
Qol – 2
Dəf edilən – 1
1/4 final
Təyin olunan penalti sayı – 7
Qol – 5
Dəf edilən – 1
Qeyri-dəqiq – 1
Yarımfinal
Təyin olunan penalti sayı – 10
Qol – 6
Dəf edilən – 2
Qeyri-dəqiq – 2
3-cü yer uğrunda oyunlar
Təyin olunan penalti sayı – 2
Qol – 2
Final
Təyin olunan penalti sayı – 2
Qol – 2
mənbə :
Report.az