İçeriğe geçmek için "Enter"a basın

"Milan" baş məşqçisi ilə müqaviləni uzatdı

22-07-2020

[r32]
xeber –

İtaliyanın “Milan” klubu baş məşqçisi Stefano Pioli ilə müqavilənin müddətini uzadıb. 

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı italiyalı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. 

Qeyd edək ki, Stefano Pioli 2019-cu ilin oktyabrında “Milan”a baş məşqçi təyin edilib. Komanda A Seriyasının bitməsinə 3 tur qalmış Avropa Liqasının təsnifat mərhələsinə vəsiqəni təmin edib. Milan təmsilçisi 35 matçdan sonra 59 xalla 5-ci sıradadır. 


mənbə :
Report.az

"Milan" bas mesqcisi ile muqavileni uzatdi