İçeriğe geçmek için "Enter"a basın

"Neftçi" "Qarabağ"la Qəbələdə qarşılaşacaq

21-07-2020

[r32]
xeber –

Qəbələdə təlim məşq toplanışında olan “Neftçi” futbol komandasının yoxlama oyunlarındakı rəqibləri bəlli olub. 

Bu barədə “Report”a paytaxt təmsilçisinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, komanda iyulun 26-da “Sumqayıt”, iyulun 30-da isə “Qarabağ”la qarşılaşacaq. 

Qeyd edək ki, “Neftçi” yarımçıq dayandırılan 2019/2020 mövsümünü 37 xalla ikinci pillədə bitirib və Avropa Liqasına vəsiqə qazanıb. 


mənbə :
Report.az

"Neftci" "Qarabag"la Qebelede qarsilasacaq