İçeriğe geçmek için "Enter"a basın

Hemilton "Formula 1" üzrə Macarıstan Qran-prisinin qalibi olub

19-07-2020

[r32]
xeber –

“Formula 1” üzrə Macarıstan Qran-prisində sonuncu yürüş keçirilib.

“Report”un məlumatına görə, dördüncü yürüşdə ən yaxşı nəticəni “Mercedes”in britaniyalı pilotu Lüis Hemilton göstərib.

O, bununla da “Formula 1” üzrə Macarıstan Qran-prisinin qalibi olub.

Yarışda ikinci yerə Niderland təmsilçisi “Red Bul”un pilotu Maks Ferstappen (+8,702) çıxıb. Üçüncü yeri “Mercedes”dən fin Valtteri Bottas (+9,452) tutub.

Bununla da Macarıstan Qran-prisinə yekun vurulub. 

Qeyd edək ki, “Formula 1” üzrə Macarıstan Qran-prisinə iyulun 17-də start verilmişdi. 


mənbə :
Report.az

Hemilton "Formula 1" uzre Macaristan Qran-prisinin qalibi olub