İçeriğe geçmek için "Enter"a basın

Azərbaycanda futbolçu 28 yaşında karyerasını başa vurdu

18-07-2020

[r32]
xeber –

“Səbail” futbol klubu ilə yollarını ayıran Eltun Yaqublu karyerasını başa vurub.

“Report” xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə “Instagram” hesabından məlumat verib.

Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağı qərara alıb.

Oyunçu “Səbail” klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan futbolçu yoldaşlarına və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Eltun Yaqublu karyerası ərzində “Neftçi”, “Qarabağ” və “Sumqayıt” klublarının da formasını geyinib.

O, 2018/2019 mövsümündə “Səbail”lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.


mənbə :
Report.az

Azerbaycanda futbolcu 28 yasinda karyerasini basa vurdu