İçeriğe geçmek için "Enter"a basın

Kipr klubu "Qəbələ"nin futbolçusu ilə maraqlanır

18-07-2020

[r32]
xeber –

Kiprin “Apollon” (Smirnis) klubu “Qəbələ”nin futbolçusu Klesio Bauku heyətinə cəlb etmək istəyir.  

“Report” “Sportime” nəşrinə istinadən xəbər verir ki, Smirnis təmsilçisinin rəhbərliyi 26 yaşlı yarımmüdafiəçinin ölkəyə uyğunlaşmaqda problem yaşamayacağını hesab edir. 

Buna səbəb mozambikli oyunçunun 2016 – 2018-ci illərdə Kiprdə “Panetolikos”da çıxış etməsidir. 

Qeyd edək ki, Klesio Bauk 2019-cu ilin yayında “Qəbələ”yə keçib. Onun klubla müqavilə başa çatıb. Yarımmüdafiəçi ilə “Zirə” klubu da yaxından maraqlanır. 


mənbə :
Report.az

Kipr klubu "Qebele"nin futbolcusu ile maraqlanir