İçeriğe geçmek için "Enter"a basın

Çempionlar Liqasında yeni mövsümün ilk püşkü atıldı

17-07-2020

[r32]
xeber –

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün ilkin mərhələsinin püşkü atılıb. 

“Report”un məlumatına görə, püşkatmada UEFA reytinqində ən aşağı pillələrdə olan 4 ölkənin – Şimali İrlandiya, Kosovo, Andorra və San Marinonun çempionları iştirak edib. 

San Marino çempionu – Şimali İrlandiya çempionu 

Kosova çempionu – Andorra çempionu 

Avrokuboklar üçün klubların yekun siyahısı avqustun 3-də təsdiqlənəcək. Bu səbəbdən, püşkatmada ölkələrin adları yer alıb.  

Qeyd edək ki, ilkin mərhələnin yarımfinal matçları avqustun 8-də, final isə 3 gün sonra neytral meydanda olacaq. Turnirin qalibi 18-19 avqustda keçiriləcək Çempionlar Liqasının I təsnifat mərhələsinə vəsiqə qazanacaq. 


mənbə :
Report.az

Cempionlar Liqasinda yeni movsumun ilk pusku atildi