İçeriğe geçmek için "Enter"a basın

Makedoniyalı futbolçu Azərbaycana dəstək oldu

15-07-2020

[r32]
xeber –

“Qarabağ” klubunun sabiq futbolçusu Muarem Muarem Azərbaycana dəstək olub.

“Report”un məlumatına görə, 31 yaşlı makedoniyalı yarımmüdafiəçi cəbhə bölgəsində baş verən hadisələrlə bağlı paylaşım edib.

4 qat Azərbaycan çempionu olan oyunçu sosial şəbəkədə “Başın sağ olsun, Azərbaycan” həştəqini və üzərində “Qarabağ – Azərbaycandır!” yazılan fotonu paylaşıb.

Qeyd edək ki, Muarem Muarem son olaraq ölkəsinin “Şkupi” komandasında çıxış edib. O, 2012 – 2015-ci illərdə və 2016/2017 mövsümündə Ağdam təmsilçisinin formasını geyinib.


mənbə :
Report.az

Makedoniyali futbolcu Azerbaycana destek oldu