İçeriğe geçmek için "Enter"a basın

Hücumçu Azərbaycan millisi ilə görüşdə 100-cü matçına çıxa bilər

13-07-2020

[r32]
xeber –

Lüksemburq yığmasının futbolçusu Daniel da Mota Azərbaycan millisi ilə görüşdə komandanın heyətində 100-cü matçına çıxa bilər. 

“Report”un məlumatına görə, FIFA-nın rəsmi saytına açıqlama verən 35 yaşlı hücumçu Millətlər Liqasının oyunları üçün dəvət gözlədiyini söyləyib.

Ölkəsinin “Rasinq” klubunda çıxış edən forvard yığma komandada Mario Mutşa məxsus 102 oyunluq rekordu qırmaq niyyətində olduğunu bildirib. “Millətlər Liqasında Azərbaycan və Monteneqro ilə görüş üçün baş məşqçi mənə dəvət göndərsə, qəbul edəcəyəm”. 

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasının C Liqasının 1-ci qrupunda ilk oyununu Bakıda Lüksemburqa qarşı keçirəcək. Qrupda Monteneqro və Kipr komandaları da var. 


mənbə :
Report.az

Hucumcu Azerbaycan millisi ile gorusde 100-cu matcina cixa biler