İçeriğe geçmek için "Enter"a basın

"Yuventus" "Atalanta" ilə məlubiyyətdən son dəqiqələrdə xilas olub

12-07-2020

[r32]
xeber –

İtaliya A Seriyasının 32-ci turunun matçında “Atalanta” “Yuventus”la qarşılaşıb.

“Report” xəbər verir ki, görüş Turində “Alyans-Yuventus” stadionunda keçirilib və 2:2 hesabı ilə başa çatıb.

Matçda hesab 16-cı dəqiqədə açılıb. Dyuvan Sapata “Atalanta”nın ilk qolunu vurub. Kriştianu Ronaldu 55-ci dəqiqədə penalti ilə hesabı bərabərləşdirib. Lakin Ruslan Malinovski 81-ci dəqiqədə “Atalanta”nı növbəti dəfə hesabda önə çıxarıb.

“Yuventus” Ronaldunun 90-cı dəqiqədə ikinci penaltini dəqiq yerinə yetirməsi ilə məğlubiyyətdən yaxa qurtarıb. 

“Yuventus” 32 turdan sonra 76 xal toplayıb. Komanda bununla A Seriyasında birinci yerə yüksəlib. “Atalanta” isə 67 xal toplayaraq üçüncü yerlə kifayətlənməli olub.


mənbə :
Report.az

"Yuventus" "Atalanta" ile melubiyyetden son deqiqelerde xilas olub