İçeriğe geçmek için "Enter"a basın

"Şeffild Yunayted" "Çelsi"ni darmadağın edib

11-07-2020

[r32]
xeber –

İngiltərə Premyer Liqasının 35-ci turunun matçında “Şeffild Yunayted” “Çelsi”ni qəbul edib.

“Report” xəbər verir ki, görüş Şeffildin “Bremmel Leyn” stadionunda keçirilib və meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada ilk qolu 18-ci dəqiqədə “Şeffild Yunayted”in hücumçusu Devid Makqoldrik vurub. Meydan sahiblərinin digər hücumçusu Oliver Makbarni hesabdakı üstünlüyü fasiləyə qədər artırıb. Matçın 77-ci dəqiqəsində Makqoldrik “Çelsi”nin qapısından daha bir top keçirib.

“Çelsi” 60 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində üçüncü yer tutur. “Şeffild Yunayted” 54 xalla altıncı yerdə qərarlaşıb.


mənbə :
Report.az

"Seffild Yunayted" "Celsi"ni darmadagin edib