İçeriğe geçmek için "Enter"a basın

Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı

10-07-2020

[r32]
xeber –

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb. 

“Report” Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytına istinadən xəbər verir ki, 2020/2021 mövsümündə ilk turun matçları 18 – 21 sentyabrda baş tutacaq. 

DFB yeni mövsümün 11 – 14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb. Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” komandasının iştirak etdiyi II Bundesliqada da ilk tur 18 – 21 sentyabrda olacaq. 

Bundesliqada 2020-ci ilin son turu 18 – 21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək. 

Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq. 

Qeyd edək ki, Bundesliqada 2019/2020 mövsümünün qalibi adını “Bavariya” qazanıb.


mənbə :
Report.az

Bundesliqada yeni movsumun baslayacagi tarix aciqlandi