İçeriğe geçmek için "Enter"a basın

"Midtyulland" vaxtından əvvəl Danimarka çempionu oldu

10-07-2020

[r32]
2020-07-10T04:44:00 xeber –

Futbol üzrə Danimarka çempionatının 32-ci turunda “Midtyulland” “Kopenhagen”i qəbul edib.

“Report” xəbər verir ki, matçda hesab 22-ci dəqiqədə açılıb. Qonaqların yarımmüdafiəçisi Məhəmməd Darami fərqlənib.

Oyunun 63-cü dəqiqəsində meydan sahiblərinin hücumçusu Sori Kaba penalti ilə hesabı bərabərləşdirib. “Midtyulland” tədricən təşəbbüsü ələ alıb. 79-cu dəqiqədə Sori Kaba komandasını hesabda irəli çıxarıb. Bundan 4 dəqiqə sonra – 83-cü dəqiqədə isə meydan sahiblərinin yarımmüdafiəçisi Aver Mabil oyunda son nöqtəni qoyub.

Bu qələbə sayəsində “Midtyulland” vaxtından əvvəl Danimarka çempionu titulunu qazanıb. Bu artıq komandanın ölkə çempionatında üçüncü qələbəsidir. Daha əvvəl o 2014/2015 və 2017/2018-ci illər mövsümlərində buna müvəffəq olub.  


mənbə :
Report.az

"Midtyulland" vaxtindan evvel Danimarka cempionu oldu