İçeriğe geçmek için "Enter"a basın

"Neftçi”nin köməkçi məşqçi vəzifəsinə təyinat olub

09-07-2020

[r32]
2020-07-09T21:54:09 xeber –

“Neftçi” futbol komandasının məşqçilər korpusuna yeni təyinat olub.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, 1998 – 2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev “İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də “Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və “Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.


mənbə :
Report.az

"Neftci”nin komekci mesqci vezifesine teyinat olub