[r32]
2020-07-08T13:55:20 xeber –
İcarə əsasında İsrailin “Hapoel” (Kiryat-Şmona) klubunda çıxış edən Ceyms Adeniyi “Qəbələ”dən ayrılmaq istəyir.
“Report”un məlumatına görə, bu barədə nigeriyalı futbolçu yerli mətbuata açıqlamasında deyib.
28 yaşlı hücumçu bildirib ki, daha bir il Kiryat-Şmona təmsilçisində çıxış etmək niyyətindədir. Afrikalı oyunçu bunun üçün “qırmızı-qaralar”la danışıq aparacağını söyləyib. O, əyalət klubu ilə müqaviləsini pozmaq istədiyini əlavə edib.
Qeyd edək ki, 2018-ci ilin yayında “Qəbələ” ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub.
mənbə :
Report.az