İçeriğe geçmek için "Enter"a basın

"Səbail"in legioneri: "Klub Ukraynaya qayıtmağıma qarşıdır"

07-07-2020

[r32]
2020-07-07T11:17:51 xeber –

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka "zbirna.com"un suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir…

– Azərbaycan çempionatının koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatdırılması sizi təəccübləndirmədi?

– Prinsipcə, yox. Çünki vəziyyət elə gətirdi ki, hər şey belə nəticələndi. Əlbəttə, biz çempionatı oynamaq istəyirdik, amma vəziyyət çətinləşdi və belə qərr qəbul etmək zərurəti yarandı.

– Hazırda Bakıda koronavirusla bağlı vəziyyət necədir?

– Vəziyyət yaxşılaşmır. Şəhər yenidən karantindədir. Küçəyə qısa müddətdə – 2 saatlıq çıxmaq olar. Bu cür qaydalar əvvəl də tətbiq olunub. Xəstəlik azalmır, buna görə də yumşaldılmadan söhbət getmir.

– Futbolçulara hansı tapşırıqlar verilib: Evdə fərdi məşq edirsiniz?

– Məşq yoxdur, icazə vermirlər. Məzuniyyətdəyik, əslində belə də demək olmaz.Ümumiyyətlə, evdə otururam, bacardığım qədər başımı qatıram.

– Ukraynaya qayıtmaq imkanınız yoxdur?

– Ukraynaya çarter reysi ilə uçmaq variantı var. Amma klubumuz qətiyyən buna qarşıdır. Çünki mənim daha 1 illik müqaviləm var. Getsəm, geri qayıtmaq problem olacaq. Hələlik vəziyyət budur. Bəlkə sonra nə isə dəyişər.

– Hazırkı şəraitdə müqavilənizin maliyyə öhdəlikləri yerinə yetirilir?

– Heç kim bu barədə danışmayıb, müzakirə etməmişik. Bildiyim qədərilə bu məsələdə heç bir dəyişiklik olmayacaq. Sözləşmədə nə yazılıbsa, o da olacaq.

– "Qarabağ" çempion elan olundu, "Neftçi" 2-ci, "Keşlə" 3-cü pilləni tutdu. Haqlı qərardır?

– Düşünürəm ki, bəli. Bu 3 komanda cari mövsümdə yaxşı çıxış etdi. Xüsusilə də "Keşlə" çox inkişaf etdi.

– Gələcək planlarınız necədir: Müqavilənizin sonunadək Azərbaycanda qalacaqsınız?

– Bəli, karantin yumşaldılanadək burada gözləyəcəyəm. Ümid edirəm ki, hər şey düzələcək və həyat əvvəlki tərzinə qayıdacaq. Əsas odur ki, insanlar xəstələnməsinlər, bu virusdan ölməsinlər.


mənbə :
Report.az

"Sebail"in legioneri: "Klub Ukraynaya qayitmagima qarsidir"