[r32]
2020-07-06T16:34:41 xeber –
Ukraynalı keçmiş futbolçu Vasili Vasilenko Rusiyanın paytaxtı Moskvada həbs olunub.
"Report" TASS-a istinadən xəbər verir ki, veteran müdafiəçi ölkəsi üçün casusluq etməkdə ittiham olunur.
Onun şəhərdəki həbsxanalardan birində saxlanıldığı bildirilir.
Qeyd edək ki, Vasilenko 1992-2001-ci illərdə Ukraynada "Tavriya", "Torpedo" və "Drujba" klublarında çıxış edib.
mənbə :
Report.az