[r32]
2020-07-06T15:53:43 xeber –
İtaliyanın "Fiorentina" klubunun futbolçusu Frank Riberi xoşagəlməz hadisə ilə üzləşib.
"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçinin Florensiyadakı evi qarət olunub.
Hadisə A Seriyasının XXX turunun "Parma" ilə oyunu zamanı baş verib. Oyunçuya dəymiş ziyanın məbləği açıqlanmayıb.
Qeyd edək ki, Riberi 2019-cu ilin yayından "Fiorentina"da çıxış edir. O, daha əvvəl Fransada "Metz" və "Marsel", Türkiyədə "Qalatasaray" və Almaniyada "Bavariya" klublarının formasını geyinib.
mənbə :
Report.az