İçeriğe geçmek için "Enter"a basın

"Mançester Yunayted" serbiyalı futbolçu ilə müqaviləni uzatdı

06-07-2020

[r32]
2020-07-06T14:36:12 xeber –

İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Nemanya Matiçlə yeni müqavilə imzalayıb.

"Report" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi ilə sözləşmənin müddəti uzadılıb.

32 yaşlı oyunçu 2023-cü ilədək "qırmızı şeytanlar"ın formasını geyinəcək.

Qeyd edək ki, 2017-ci ildən "Mançester Yunayted"in formasını geyinən Matiç daha əvvəl İngiltərədə "Çelsi", Portuqaliyada "Benfika" və Niderlandda "Vitess" klublarının şərəfini qoruyub. O, Slovakiya və Serbiyada da çıxış edib.


mənbə :
Report.az

"Mancester Yunayted" serbiyali futbolcu ile muqavileni uzatdi