İçeriğe geçmek için "Enter"a basın

Mahir Emreli "Beşiktaş"a təklif olundu

06-07-2020

[r32]
2020-07-06T09:30:59 xeber –

Türkiyənin “Beşiktaş” klubunun prezidenti Ahmet Nur Çebinin azərbaycanlı futbolçularla bağlı çağırışı cavabsız qalmayıb.

“Report”un “Fotospor”a istinadən məlumatına görə, milli komandanın və “Qarabağ”ın hücumçusu Mahir Emreli İstanbul təmsilçisinə təklif olunub.

Amma 24 yaşlı forvardı qarşı tərəfə kimin təklif etməsi barədə bilgi verilməyib.

Qeyd edək ki, Ahmet Nur Çebi “CBC Sport”da yayımlanan “Türkiyədən futbol” verilişinə müsahibəsində "Ən yaxşı azərbaycanlı futbolçuları bizə göstərin, oynadaq" deyib.


mənbə :
Report.az

Mahir Emreli "Besiktas"a teklif olundu