İçeriğe geçmek için "Enter"a basın

Messi La Liqanın cari mövsümündə yeni rekorda imza atıb

06-07-2020

[r32]
2020-07-06T02:17:55 xeber –

"Barselona"nın hücumçusu Lionel Messi İspaniya La Liqasının 31-ci turunun "Vilyarreal"la matçında iki məhsuldar ötürmə müəllifi olub.

"Report“ xəbər verir ki, beləliklə, La Liqanın cari mövsümündə argentinalı futbolçunun məhsuldar ötürmələrinin sayı 19-a çatıb. Bu, Messinin yeni rekordudur.

Messi qolla nəticələnən 19-cu ötürməsi ilə İspaniya çempionatının lideridir. Bundan başqa, argentinalı bombardirlər siyahısına da başçılıq edir – onun hesabında 22 qol var. Siyahıda ikinci yerdə Madrid "Real"ının hücumçusu Kerim Benzema (17 qol) qərarlaşıb.

"Barselona" turnir cədvəlində "Real"dan sonra ikinci yerdədir.


mənbə :
Report.az

Messi La Liqanin cari movsumunde yeni rekorda imza atib