[r32]
2020-07-04T09:50:40 xeber –
Bu il keçirilməsi planlaşdırılan və təxirə salınan şahmat üzrə qadınlararası Dünya Kubokunun yeni vaxtı bəlli olub.
"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, yarış 2021-ci ilin aprelində olacaq. FIDE təşkilatçılarla yeni müqavilə imzalayacaq.
Belarusun paytaxtı Minskdəki Dünya Kuboku 10 sentyabr – 3 oktyabrda keçirilməli idi.
Kişilər arasındakı ənənəvi turnirin vaxtı dəyişməyib, yarış 2021-ci ilin avqustunda Minskdə baş tutacaq.
Qeyd edək ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2019-cu ildə keçirilən Dünya Kubokunun qalibi olub.
mənbə :
Report.az