İçeriğe geçmek için "Enter"a basın

Azərbaycan millisinin futbolçusu cəzalı duruma düşüb

04-07-2020

[r32]
2020-07-04T09:22:54 xeber –

İspaniyanın "Albasete" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov komandasının növbəti matçında iştirak etməyəcək. 

"Report"un məlumatına görə, buna səbəb 28 yaşlı yarımmüdafiəçinin Sequndanın XXXVII turunda "Alkorkon"la matçın 33-cü dəqiqəsində sarı vərəqə almasıdır. 

İsrafilov sarı vərəqə limitini doldurub və "Malaqa" ilə görüşdə meydanda olmayacaq. 

Qeyd edək ki, "Albasete" – "Alkorkon" matçı 1:1 hesabı ilə yekunlaşıb. Komanda "Malaqa" ilə iyulun 5-də qarşılaşacaq. 


mənbə :
Report.az

Azerbaycan millisinin futbolcusu cezali duruma dusub