[r32]
 2020-07-03T21:30:22 xeber –  
Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə şəhərin "Azərbaycan" küçəsində qeydə alınıb.
Belə ki, “50-DK-964” dövlət nömrə nişanlı "Opel" markalı avtomobil qarşıdan gələn “50-DF-321” dövlət nömrə nişanlı "VAZ-2104" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “Opel” markalı avtomobilin sürücüsü xəsarət alıb.
Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib.
                             mənbə : 
Report.az