[r32]
29 İyun, 2020 11:55 xeber – Qazaxıstanın “Kaysar” klubunda 25 nəfər koronavirusa yoluxub.
“Report” “Sport.kz” saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stoyço Mladenov məlumat verib. Virusa yoluxanlardan 10-u futbolçudur.
O, özünün və məşqçilər heyətinin test nəticəsinin mənfi olduğunu bildirib.
Qeyd edək ki, Qazaxıstan çempionatı iyulun 1-də bərpa olunmalıdır. “Kaysar” “Taraz” komandası ilə qarşılaşmalıdır.
mənbə :
Report.az