İçeriğe geçmek için "Enter"a basın

'İnter'in qapıçısı son 6 ildə meydana çıxmadan iki dəfə qırmızı vərəqə alıb

29-06-2020

[r32]

29 İyun, 2020  11:03 xeber –
İtaliyanın “İnter” klubunun qapıçısı Tommazo Berni futbol tarixində qeyri-adi statistikaya imza atıb. 

“Report”un məlumatına görə, 37 yaşlı qolkiper A Seriyasının XXVIII turunda səfərdə “Parma”nı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə ehtiyat oyunçular skamyasında qırmızı vərəqə alıb. 

Berni bu mövsüm “Kalyari” ilə 1:1 hesabı ilə başa çatan matçda da eyni cəzaya məruz qalıb. 

2014-cü ildən “İnter”in  heyətində yer alan qapıçı rəsmi görüşdə meydana çıxmayıb. 

Qeyd edək ki, Tommazo Berninin müqavilə mövsümün sonunda başa çatır. 

mənbə :
Report.az

'İnter'in qapicisi son 6 ilde meydana cixmadan iki defe qirmizi vereqe alib