[r32]
28 İyun, 2020 14:39 xeber – Slovakiya milli komandasının sabiq futbolçusu Marian Çişovski 40 yaşında vəfat edib.
“Report”un məlumatına görə, keçmiş müdafiəçiyə yan amiotrofik skleroz (ALS) diaqnozu qoyulub.
Çişovski 2005/2006 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsinin hər iki görüşündə (0:1, 3:1) “Bakı”ya qarşı forma geyinib. O, ev oyununda qollardan birinin müəllifi olub.
Mərhum futbolçu “Viktoriya” (Plzen), “Jilina”, “İnter” (Bratislava) və Rumıniya “Politexnika”sında da çıxış edib.Çişovski Slokaviya yığmasının heyətində isə 15 oyun keçirib.
mənbə :
Report.az