İçeriğe geçmek için "Enter"a basın

Ronaldunun İtaliyada qol vurmadığı cəmi bir komanda qaldı

27-06-2020

[r32]

27 İyun, 2020  04:05 xeber –
Turin “Yuventus”unun 35 yaşlı portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İtaliya A Seriyasının 29-cu turunda “Leççe” ilə oyunda növbəti nailiyyət əldə edib.

Bu barədə “Report” “Opta”ya istinadən xəbər verir.

Bildirilir ki, “Leççe” İtaliyada Kriştianu Ronaldunun qapısına yol açdığı 20-ci komanda olub. Beləliklə, İtaliyada portuqaliyalı hücumçunun qol vurmadığı yalnız bircə komanda qalıb. Bu, Verona “Kyevo”sudur.

Portuqaliyalı 2018/2019-cu illər mövsümündə Verona klubu ilə ev oyununda da bu şansa malik olub, ancaq Ronaldu penaltini dəqiq yerinə yetirə bilməyib.

Xatırladaq ki, Ronaldu “Leççe” ilə oyunun 62-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək, hesabı turinlilərin xeyrinə 2:0 edib.

Portualiyalı cari mövsümdə bütün yarışlarda “Yuventus”un heyətində 35 görüşdə iştirak edərək 26 qol vurub, habelə 4 məhsuldar ötürmə edib.

mənbə :
Report.az

Ronaldunun İtaliyada qol vurmadigi cemi bir komanda qaldi