[r32]
27 İyun, 2020 02:18 xeber – İtaliya çempionatının 29-cu turunun matçında “Yuventus” “Leççe”ni 4:0 hesabı ilə darmadağın edib.
“Report” xəbər verir ki, görüş Turinin “Alyans” stadionunda olub.
Matçın 31-ci dəqiqəsində qonaqlar Fabio Luçionenin meydançadan kənarlaşdırılmasına görə azlıqda qalıblar. Qarşılaşmada hesab 53-cü dəqiqədə açılıb — Paulo Dibala Kriştianu Ronaldunun ötürməsi ilə fərqlənib. 62-ci dəqiqədə meydan sahibləri hesabı 2:0-a çatdırıblar – Ronaldu 11 metrlik cərimə zərbəsini qola çevirib.
Matçın sonunda Qonsalo İquain üçüncü qolu vurub. Bir qədər sonra Duqlas Kosta qonaqları son dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
mənbə :
Report.az