[r32]
25 İyun, 2020 23:41 xeber – Türkiyənin “Beşiktaş” futbol klubunun iki oyunçusunun COVID-19 testi müsbət nəticə verib.
“Report”un məlumatına görə, bu barədə klubun saytında bildirilir.
Klubun tibb üzrə nümayəndəsi Tekin Kerem Ülkü bildirib ki, komandanın bütün futbolçularının iyunun 24-də verdikləri koronavirus testlərindən ikisinin nəticəsi müsbət olub. Onun sözlərinə görə, virusun aşkarlandığı oyunçuların müalicəsinə başlanılıb.
mənbə :
Report.az